Tanınmış idmançımız HƏBS EDİLDİ

Tanınmış idmançımız HƏBS EDİLDİ
11:10

Naxçıvanın tanınmış atletlərindən olan Əmrah Nağıyev valideynlərin şikayəti əsasında dələduzluq şübhəsi ilə saxlanılıb.

News365.az xəbər verir ki, o, bəzi şəxslərdən övladlarını qabiliyyət imtahanı yolu ilə universitetə qəbul etdirəcəyini vəd edərək pul alıb.

Şikayətlər əsasında Ə.Nağıyev barəsində araşdırma başlanılıb.

Əmrah Nağıyev Ordubad şəhər Uşaq-Gənclər İdman Məktəbində atletika üzrə müəllim işləyir.

O, orta və uzun məsafələrə qaçış üzrə Azərbaycan çempionu olub, ölkəmizi beynəlxalq yarışlarda təmsil edib.

Ə.Nağıyev atletika üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən ilk naxçıvanlı atlet kimi tanınır.

Faktla bağlı araşdırmanın davam etdiyi bildirilir.


Sizin reklam burada
Sizin reklam burada