"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTOLAR

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTOLAR
16:21

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi yekunlaşıb.

Azərbaycanın idman tarixində əlamətdar hadisələrdən biri olan beynəlxalq "Bakı–Xankəndi" velosiped yarışı start götürüb.

Yarışın ilk mərhələsi Bakıdakı "Sea Breeze" ərazisindən başlayaraq Sumqayıt şəhərində yekunlaşıb.

İştirakçılar ümumilikdə 158 kilometrdən artıq məsafə qət ediblər.
 

Beynəlxalq Velosipedçilər İttifaqının yüksək statuslu 2.1 kateqoriyası üzrə təşkil olunan yarışda dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar komandalar iştirak edib. Yarış boyunca idmançılar həm sürət, həm də dözümlülük baxımından yüksək performans nümayiş etdiriblər.


Finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Ümumilikdə 5 mərhələdən ibarət olan beynəlxalq turnir Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edəcək.

Yarışın əsas məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Yarışın ümumi mükafat fondu 50 min avrodan artıq təşkil edib.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq. 













Sizin reklam burada
Sizin reklam burada