Kremldən ŞOK İDDİA: Rusiyada seçkilər təxirə salınır? – Güc strukturları hərəkətə keçdi

Kremldən ŞOK İDDİA: Rusiyada seçkilər təxirə salınır? – Güc strukturları hərəkətə keçdi
13:45

Rusiyanın siyasi kulislərində diqqətçəkən iddialar gündəmə gəlib. Müstəqil “Meduza” nəşrinin Kremlin daxilindəki mənbələrə istinadən yaydığı məlumata görə, ölkənin əsas güc strukturları sentyabr ayında keçirilməsi planlaşdırılan Dövlət Duması seçkilərinin təxirə salınması ideyasını fəal şəkildə müzakirə edir.

News365.az xəbər verir ki, İddialara əsasən, Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya Qvardiyasının (Rosqvardiya) rəhbərliyi seçkilərin hazırkı şəraitdə keçirilməsinin riskli olduğunu düşünür. Bildirilir ki, xüsusilə son aylarda Ukrayna pilotsuz uçuş aparatlarının Moskvaya hücumları və ölkədaxili narazılığın artması bu mövzunu daha da aktuallaşdırıb.

Mənbələrin sözlərinə görə, Kremlin təhlükəsizlik qanadı seçkilərin keçirilməsinin sosial gərginliyi dərinləşdirə biləcəyindən ehtiyat edir. Əsas səbəblər sırasında iqtisadi vəziyyətin ağırlaşması, büdcə problemləri, bahalaşma, iş yerlərində ixtisarlar və hakim “Vahid Rusiya” partiyasının reytinqində müşahidə olunan eniş göstərilir.

Araşdırmada qeyd olunur ki, rəsmi sorğu mərkəzləri vəziyyəti sabit göstərməyə çalışsa da, qapalı hesabatlarda əhalinin narazılıq səviyyəsinin daha yüksək olduğu vurğulanır. Bu səbəbdən bəzi “silovik” dairələr seçkilərin keçirilməsini əlavə risk hesab edir.

Kreml isə yayılan məlumatları təsdiqləmir. Prezidentin mətbuat katibi Dmitri Peskov Dövlət Dumasına seçkilərin plan üzrə keçiriləcəyini açıqlayıb və hər hansı təxirəsalma müzakirəsinin aparılmadığını bildirib.

“Meduza”nın yazdığına görə, Vladimir Putin də seçkilərin tamamilə ləğv edilməsinə isti yanaşmır. Kreml hesab edir ki, belə addım həm ölkə daxilində, həm də beynəlxalq arenada hakimiyyətin zəiflədiyi görüntüsü yarada bilər.

Hazırda məsələ ilə bağlı rəsmi qərar yoxdur və müzakirələrin qeyri-rəsmi səviyyədə davam etdiyi bildirilir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada