Bu gün Aralıq dənizində 4.9 bal gücündə zəlzələ olub.
News365.az xəbər evrir ki, bu barədə Türkiyənin AFAD təşkilatı məlumat yayıb.
Bildirilib ki, saat 12:25-də episentri Muğlanın Datça rayonundan 189 kilometr aralıda, Aralıq dənizində 4.9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 8.39 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.