ADY rəhbərliyinin pul qazanmaq sevdası sosial narazılıq yaradır

ADY rəhbərliyinin pul qazanmaq sevdası sosial narazılıq yaradır
16:04


Xəbər verdiyimiz kimi "AZCON Holding" şirkətlərindən olan ADY 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişindaşımalarını bərpa edib. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır.

Amma ötən bir ay ərzində bu reysin xidmətindən ancaq narazılıqlar eşidildi. Çünki qiymətin bahalığı və yerin azlığı ciddi narahatlıq doğurur.

Və hətta sosial şəbəkələrdə xəbərlər yayılır ki, ADY biletləri qabaqcadan turizm şirkətlərinə satır. Bir sözlə, nə xidmət razı salır, nə qiymət.

Təsadüfi deyil ki, ADY narazılıqların durmadan artmasını görüb bu gün iki məlumat paylaşıb. Birinci xəbərdə turizm şirkətləri ilə əməkdaşlıq təkzib olunub.

İkinci məlumatsa qiymətlərlə bağlıdır.

Məlumatda deyilir ki, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.8 manata düşüb.

Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif biletləri isə 180 manatdan 177 manata qədər ucuzlaşıb.
Nə böyük endirim...

2-3 manatlıq fərqi böyük ucuzlaşma kimi gözə soxmağa çalışan AYD rəhbərliyi nədənsə yaxın günlər üçün bilet qiymətlərinin 30-40 faiz bahalaşmasına heç diqqət eləmir.

Niyə də eləsin?!

Axı AYD rəhbərliyinin ortaya qoyduğu siyasət müştəri məmnunluğu yox, sırf biznes maraqlarıdır.

Ən pisi də odur ki, qurum qatar reysini  özünü piarına və kommersiya maraqlarına çevirmək istəyir.

Olsun... Bir söz demirik. Amma hər bir yanaşma peşəkar olmalıdır. Qeyri-peşəkarlıqsa hiddət doğurur.

Bəs, QSC rəhbərliyinin hiddətə səbəb olan hərkətləri hansılardır?

Əvvəla yerlərin azlığı. Buradan Tbilisiyə 9 saat qatar qovan qurum cəmi 120 adama yolçuluq edilir. Halbuki əvvəllər bu bu qatarla ən azı 200-250 sərnişin daşınırdı. Amma indi bir təyyarənin daşıya biləcəyindən də az sərnişin daşınacaq. Bu da həm hiddət, həm də təəccüb doğurur. Bəyəm vaqonların sayının 10-12 eləmək olmaz? Olar. Amma nəyə görəsə ADY rəhbərliyi berə qərar verib.

ADY rəhbərliyinin digər hiddət doğuran qərarı biletin qiymətidir. Ən ucuz bilet 81, ən baha biletsə 180 manatdır. Halbuki təyyarə ilə uçmaq bundan qat-qat sərfəlidir. Çünki qatarla 9 saata getdiyin yolu, təyyarə ilə cəmi bir saata qət edirsən. Yəni təyyarə ilə səfər etmək həm vaxt, həm də xərc baxımından sərfəlidir. Bu da o deməkdir ki, ADY xalqa xidmət eləmək yox, xalqı soymaq məqsədindədir.  Ona görə də biletləri rekord səviyyədə baha satırlar.

Digər bir hiddət doğuran məqam sərnişinlər üçün müəyyən edilmiş yük limitidir. Belə ki, komfortla səyahət edən sərnişin yalnız 23, lüks vaqonla səfərə çıxan sərnişinsə ancaq 30 kiloqram yük apara bilər. Əlavə yük aparmaq istəyənlərsə əlavə ödəniş etməlidir. Halbuki bu vaxtadək dəmir yolu ilə sərnişin daşımada yüklərə limit yox idi.

Bu da o anlama gəlir ki, ADY rəhbərliyini müştəri məmnunluğu yox, öz cibləri maraqlandırır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada