Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb

Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
16:14

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

News365.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada