“Azərbaycan dili yox, Azərbaycan türkcəsi...“ - Zaur Əliyev

“Azərbaycan dili yox, Azərbaycan türkcəsi...“ -  Zaur Əliyev
04 İyl 2024 15:56

Ömrü boyu uğursuz cəhdlər edərək tanınmaq istəyənlərin hədəfləri : din, dil, millət məsələləri olub. Həyatında ciddi bir mənbə oxumayıb sadəcə ondan bundan çayxanada eşitdiyi söhbətləri ciddi ciddi özlərinə status və fikir edənlər din və millət məsələlərindən çıxıb Ana dilimizə rişxənd edirlər. Bu bədbəxt insanlar bilmirlər ki, dilimizin adını Azərbaycan dili kimi yazanlar Türk dilini sıradan çıxarmağa cəhd ediblər. Bir əsrdə bir dövlətin və millətin dili necə adlandmadı ?

1. Azərbaycan Xalq Cümhuriyyəti- "Dövləti lisan türk dili qəbul edilib"(27 iyun 1918)

2.Azərbaycan İnqilab Komitəsinin-"Türk dili"(8 fevral 1921)

3.Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili-"Türk dilidir"(27 iyun 1924)

4.Azərbaycan SSR dövlət dili-"Azərbaycan dilidir"(21iyul-21avqust 1956)

5.Azərbaycan SSR-in dövlət dili-"Azərbaycan dilidir" (1978-ci il )

6.Azərbaycan Respublikasının dövlət dili -"Türk dilidir"(22 dekabr 1992)

7.Azərbaycan Respublikasının dövlət dili-"Azərbaycan dilidir" (1995-ci il-18 iyun 2001)

Dünyada Azərbaycan dili deyilən anlayış yoxdur. Azərbaycan türkcəsi var. Azərbaycan türkcəsinin dəyişdirilərək Azərbaycan dili adlandırılması təbii ki, daha çox siyasi amillərlə əlaqələndirilir. Lakin bu çox səhv addım idi. Bu əslində daha çox siyasi boşluq yaratdı. Hər millətin öz dili öz adında çəkilməlidir. Azərbaycan türkcəsi, talış dili, ləzgi dili və sairə...bu həm millətlərin inkişafına və multikulturalizmə daha çox xeyir verə bilər.

Deyirlər bizim dilin Türkiyə və Mərkəzi Asiyanın yaxud digər türk xalqlarından ayırmaq və ayrıca qeyd etmək lazımdır. Yenə yanlış düşüncədir. Osmanlı, Qazax, Özbək və sairə türkcələri özgəlləşdirməklə münasibətlərimizi də özgəlləşdiririk. Ortaq türk əlifbası inşallah qəbul edilər və millətin tamlığı bərpa edilər.

Bakıda l Türkoloji qurultayda iştirak edən bütün türk xalqları ləhcə fərqi hiss olunsa da hamısı bir birini gözəl anlayırdı. Sonradan bolşevik Rusiyası burda qəbul edilən qərarları yandırdı və iştirak edənlərin 90 faizini qətl etdi. Sonda nə etdilər ? Birinci addım kimi ayrı-ayrı Türk xalqlarına “demokratik” bir mühit yaratdılar. Bunlar öz milli dillərini inkişaf etdirsinlər. Ayrıca qazax türkcəsini, qırğız türkcəsini, özbək türkcəsini ayrı ayrı şəkildə inkişaf etdirdilər. Onlara azadlıq verdilər. Məqsəd də o idi ki, bunların öz aralarında öncə əlaqəsi qırılsın və bir-birini anlamasınlar.

Onları əvəvlcə vahid dil məkanından araladılar. Sonra da rus dilini ortaya gətirdilər. Bu yolla xalqları bir-birindən ayırdılar.

Ortaq türkcə orfoqrafiya qaydalarına, leksikasına, söz dağarcığına, zənginliyinə, sintaktik konstruksiyasına, ədəbi dil normalarına görə bu gün mövcud olan dilləri bir edə bilər. Bizdə Alma, Anadoluda və Mərkəzi Asiyada və digər türk xalqlarında Elma deyilirsə bu dilin fərqli olması deyil. Sadəcə ləhcədir. Bizim ölkəmizdə də regionlarda Stəkana İstəkan deyirlərsə bu mahiyyəti dəyişmir ki?

Arxaik sözlərlə modern sözləri bir yerdə istifadə edəndə daha gözəl olmaz ki? Məsəl üçün tavaxır elə yaxud səbr elə ..nə fərqi var hansı formada deyilir. Əsas odur dilin zənginliyi artır

Azərbaycan türkcəsi zəngin dildir və onun inkişafı təkcə alimlərin üzərində olmalı deyil. Ədəbi mühit və media burda mühüm rol oynamalıdır. Əgər öz Ana dilində olan sözləri bilmirsənsə bu dilə lağ etmək yox utanmaq lazımdır. Çünki şəxsiyyət məsələsidir bu, ədəbi elmi məsələ deyil.. Bizdən öncə yazanları oxumaq, dili və sözləri bilmək və təhlil etmək lazımdır. Bunu edə bilmirsənsə susmaq daha yaxşıdır. Hakimiyyətdən millətin əsl dili olan Türkcəni bərpa etməyi tələb etməyə cəsarətləri yoxdur amma durub ağıllı ağıllı özünü göstərirlər. Bilmirlər ki, dəvədən böyük fil çıxıb əzib keçər onları..

Zaur Əliyev, dosent


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər