Azərbaycanın bu bölgələrində üç gün qaz olmayacaq

Azərbaycanın bu bölgələrində üç gün qaz olmayacaq
04 İyl 2024 15:37

Ağsu və Kürdəmirdə üç gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 9:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək "Ağsu" və "Kürdəmir" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər