Prezident və əmir bir-birlərini ölkələrinə səfərə dəvət ediblər

Prezident və əmir bir-birlərini ölkələrinə səfərə  dəvət ediblər
04 İyl 2024 17:15

Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Təmim bin Həməd Al Tani bir-birlərini ölkələrinə səfərə dəvət ediblər.

News365.az xəbər verir ki, Rusiya lideri ilə Qətər əmiri Astanada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində danışıqlar aparıb.

“Əlahəzrət, siz çoxdandır ki, Rusiyaya gəlmirsiniz, biz sizi öz ölkəmizdə qəbul etməkdən məmnun olarıq”, - deyə Putin bildirib.

Rusiyaya səfərdən məmnun olacağını deyən Əl Tani isə buna cavab olaraq Putini Qətərə səfərə dəvət edib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər