“Şuşada “ASAN Xidmət”də bu şəxslər işləyə bilər“- Elşad Hacıyev

“Şuşada “ASAN Xidmət”də bu şəxslər işləyə bilər“-  Elşad Hacıyev
04 İyl 2024 16:05

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev feysbuk səhifəsinfə paylaşım edib. 

News365.az xəbər verir ki, Şuşa “ASAN Xidmət”də xanımlar üçün vakansiya elan etdiyini qeyd edib. 

"Şuşa “ASAN Xidmət”də xanımlar üçün vakansiya elan edirik. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələri üzrə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan Şuşa, Xocalı və Xankəndi rayonlarında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan xanımlar iştirak edə bilər".

Vəfa Vəliyeva. News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər