Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu
Təhsil
07 Sen 2024 14:08
Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Vüsal Hümbətzadə İsveçrənin Sürix Universitetinə qəbul olunub.
News365.az xəbər verir ki, Vüsal Hümbətzadə bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olub.
O, bu il İsveçrənin Sürix universitetində baş tutan qlobal yarışda Azərbaycanı təmsil edib bə 1-ci yeri tutub.
Qeyd edək ki, Sürix Federal Texnologiya Universiteti (ETH Zurich) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb. Albert Eynşteyn də həmin universitetdə məzunu olub.