Ermənistan sülh sazişinin imzalanma tarixinin və vaxtının razılaşdırılmasına mümkün qədər tez başlamağı təklif edir ki, bu da Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində bir addım olacaq.
News365.az-ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə geniş formatda danışıqlar zamanı bildirib.