Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb

Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb
26 Mar 2025 15:59

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib. 

News365.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur. 

Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb. 

Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.


Sizin reklam burada
Sizin reklam burada