Azərbaycanın xarici dövlət borcu azalıb - Nazir

Azərbaycanın xarici dövlət borcu azalıb - Nazir
26 May 2026 23:21

Bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıbdır. Bütün parametrlər üzrə müsbət irəliləyişlər gözlənilir və mən düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə biz daha yaxşı nəticələri əldə edəcəyik.

News365.az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

Nazir vurğulayıb ki, makro çərçivədə bütün parametrlər müsbət dinamikadadır:

“Paralel olaraq xarici dövlət borcumuz azalıb. Əhalinin nominal gəlirləri 8,08 faiz artıb, orta əmək haqqı isə 7 faizdən çox artıb və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunub”.


Sizin reklam burada
Sizin reklam burada