Azərbaycanda kişi şantaj olunub.
News365.az xəbər verir ki, 38 yaşlı S. Kazımov 44 yaşlı R. Bağırovu videogörüntüləri ilə şantaj edib.
Məlumata görə, həmin görüntülərdə R. Bağırovun döyüldüyü əks olunub. S. Kazımov həmin görüntülərlə ona hədə-qorxu gələrək, 8 min manat pul tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələbetmə) maddəsilə cinayət işi açılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.