Azərbaycan qanunvericiliyinə görə, işləyən şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun iş yeri, vəzifəsi və maddi təminat hüquqları dövlət tərəfindən tam qorunur.
Azərbaycanda bəzi şəxslər xidmətə çağırıldıqda onun işinə xitam verilirsə, ona əlavə müavinət veriləcək.
Sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanunda əksini tapıb.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər./// oxu.az