Eşq, gözəllik və münasibətlər planeti olan Venera avqustun 6-dan etibarən Tərəzi bürcünə daxil olub. Sentyabrın 10-dək davam edəcək bu tranzit dövründə romantikanın, harmoniyanın və sosiallaşmaq istəyinin artacağı gözlənilir.
Astrologiyada Tərəzinin idarəedici planeti Venera olduğu üçün onun bu bürcdəki mövqeyi xüsusilə güclü hesab olunur. Bu səbəbdən qarşıdakı həftələr yeni insanlarla tanış olmaq, flört etmək və mövcud münasibətləri möhkəmləndirmək üçün son dərəcə əlverişlidir.
15–17 Avqust: Venera ilə Yupiter arasındakı müsbət bucaq romantika və sevgi baxımından xüsusilə şanslı günlərə işarə edir.
21 Avqust: Venera ilə Saturn arasındakı gərginlik münasibətlərdə daha ciddi, taleyüklü mövzuların müzakirəsini gündəmə gətirə bilər.
Veneranın bu hərəkəti bütün bürclərə fərqli təsir etsə də, 4 bürc üçün xüsusilə uğurlu dövr başlayır:
Planetinizin öz bürcünüzdə olması bütün diqqətləri üzərinizə çəkəcək. Xarici görünüşünüzə və geyim tərzinizə daha çox diqqət yetirəcək, özünüzə inamı artıracaqsınız. Yeni flört təklifləri ala və seçim etməkdə daha tələbkar ola bilərsiniz. Münasibəti olan Tərəziləri romantik sürprizlər gözləyir. Lakin avqustun 21-i ərəfəsində ciddi söhbətlərə hazır olun.
Oğlaqlar üçün daha aktiv və sosial dövr başlayır. Veneranın karyera və nüfuz zonasından keçməsi dəvətlərin və tədbirlərin sayını artıracaq. Yeni insanlarla tanış olmaq üçün mükəmməl imkanlar yaranacaq. Əgər bir müddətdir kiminləsə flört edirsinizsə, artıq münasibətinizi rəsmiləşdirmək və yaxın çevrənizlə bölüşmək qərarına gələ bilərsiniz.
Əkizlər üçün Venera tranziti tam mənası ilə romantika dövrünün başlanğıcıdır. Cazibədarlığınızın pik həddə çatacağı bu günlərdə sosial mühitlərdə parlayacaqsınız. Münasibətdə olan Əkizlər tərəf müqabili ilə birlikdə səyahətə çıxaraq və ya baş-başa vaxt keçirərək aralarındakı bağı daha da gücləndirə bilərlər.
Oxatanlar sosial mühitin ən diqqətçəkən simalarından birinə çevriləcəklər. Dostluq çevrəniz genişlənəcək, yeni tanışlıqlar artacaq. Hətta adidən başlayan bir dostluq zamanla alovlu romantik münasibətə çevrilə bilər. Bu dövrdə necə bir partnyor istədiyinizi daha aydın dərk edəcəksiniz.