Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur
22:40

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur.

News365.az xəbər verir ki, bu, “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.

Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşir. Elektrik sobalarını işlətmək üçün bərpa olunan elektrik enerjisindən istifadənin dəstəklənməsi, şəhər və kənd yerlərində elektrik sobalarının quraşdırılmasının təşviqi planlaşdırılır.

Bütün binalarda 2060-cı ilədək elektrik sobalarının payının 100%-ə çatdırılması, bütün yeni binalarda elektrik sobalarının olması tələbləri də nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada