“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib

“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
20:40

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib. 

News365.az xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)


Sizin reklam burada
Sizin reklam burada