Azər Aslanov: “İdman gənclərdə vətənpərvərlik və əzmkarlıq hisslərini formalaşdırır”

Azər Aslanov: “İdman gənclərdə vətənpərvərlik və əzmkarlıq hisslərini formalaşdırır”
09:55

Müasir dünyada sağlam, intellektual və vətənpərvər gənclər cəmiyyətin gücünü təmin edən əsas amillərdən birini təşkil edir. 

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti gənclərin hərtərəfli inkişafına, onların sağlam həyat tərzi sürməsinə və idmana cəlb olunmasına xüsusi diqqət göstərir. 

Ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində gənclərin həm fiziki, həm də intellektual potensialının inkişafı üçün geniş imkanlar yaradılıb.

Azər Aslanov qeyd edib ki, idman yalnız fiziki hazırlıq vasitəsi deyil, eyni zamanda gənclərdə nizam-intizam, iradə, əzmkarlıq, komanda ruhu və vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır. 

“Bu gün Azərbaycan gəncləri beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Bu uğurlar dövlətimizin idmana və gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bizim əsas məqsədimiz sağlam, güclü, savadlı və Vətəninə bağlı gənc nəsil yetişdirməkdir”, – deyə federasiya rəsmisi vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada