Moskvada 32 il əvvəl istehsal olunmuş VAZ-2106 sedanı satışa çıxarılıb. Bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb. Qeyd edilib ki. avtomobil cəmi 339 kilometr yol qət edib.
“Maşın orijinal vəziyyətdədir. Burada yalnız zavoddan qalmayan detal kimi mühərrikin soyutma boruları və akkumulyatoru qeyd etmək olar. “Altılıq” ilk dəfə 1994-cü ilin iyulunda qeydiyyata alındıqdan sonra qarajda saxlanılıb”, – nəşr yazıb.
Avtomobil 1,3 litrlik mühərrik və dörd pilləli mexaniki transmissiya ilə təchiz edilib. Avtomobilin sahibi onun satışından 9,9 milyon rubl qazanmağı planlaşdırır.
Tural