Ayı insana hücum etdi - ANBAAN VİDEO

Ayı insana hücum etdi - ANBAAN VİDEO
13:26

Xabarovsk şəhərindən 9,5 kilometr məsafədə yerləşən Topolevo kəndində qonur ayı bir saatdan çox küçələrdə gəzişərək yerli sakinləri qorxu altında saxlayıb.

Kəndin çıxışında hərəkət edən vəhşi heyvan qəfildən yaxınlıqdakı yerli sakinə tərəf qaçaraq ona hücum etməyə cəhd göstərib.
 

Təhlükəsizlik kameralarına düşən görüntülərə görə, həmin şəxs soyuqqanlılığını itirməyərək qışqırmaqla ayını hürkütməyi bacarıb, daha sonra isə boru kəmərinin üzərinə çıxıb. İnsanın sərt reaksiyasından qorxan ayı geri çəkilərək qaçıb.


Kənd sakinləri bildiriblər ki, bu ayı artıq bir aydır bölgədə müntəzəm olaraq görünür və bundan əvvəl Çistopolye, eləcə də Mirnoye kəndlərinə "qonaq gedib".

Topolevodakı insidentdən sonra yırtıcı heyvan bir neçə avtomobil yolunu keçərək birbaşa Xabarovsk şəhərinin daxilinə ("Xabarovsk-2" rayonu və Qorki küçəsi istiqamətinə) doğru hərəkət edib və ordakı hasarların üzərindən tullanaraq gözdən itib. Hazırda vəhşi heyvanların tutulması üzrə ixtisaslaşmış mütəxəssislər və ovçular ayının izi ilə gedərək onun zərərsizləşdirilməsi üçün əməliyyat keçirirlər.


Sizin reklam burada
Sizin reklam burada