Azıx mağarası - Azərbaycanlıların ilk evi - VİDEO

Azıx mağarası - Azərbaycanlıların ilk evi - VİDEO
14:48

Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib.

News365.az xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub.

Paylaşılan görüntülərdə mağaranın təbii quruluşu, qədim qaya formaları və tarixi atmosferi əks olunub. Kadrlar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və şərh bölməsində Azıx mağarasının tarixi əhəmiyyəti ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

Qeyd edək ki, Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biri hesab olunur. Alimlərin araşdırmalarına görə, burada ibtidai insanların yaşadığına dair mühüm arxeoloji tapıntılar aşkarlanıb və mağara Azərbaycan tarixinin ən dəyərli abidələrindən biri kimi qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada