“Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi Avstriya oldu - VIDEO

“Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi Avstriya oldu - VIDEO
18 May 2025 08:59

Avstriya təmsilçisi JJ İsveçrənin Bazel şəhərində keçirilən 69-cu “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.

Favoritlər arasında yer alan 24 yaşlı JJ (əsl adı Yohannes Pieç) "Wasted Love" adlı emosional balladası həm münsiflər heyətindən, həm də tamaşaçıların rəğbətini qazanaraq, ümumilikdə 436 xalla birinci yeri tutub.

Final mərhələsində ümumi nəticələrə görə, ikinci yerdə İsrail (357 xal), üçüncü yerdə isə Estoniya (356) qərarlaşıb.



 


Sizin reklam burada
Sizin reklam burada