Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
News365.az xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın mədəni irsinə, tarixinə və müasir inkişafına həsr olunmuş fotosərgi təşkil edilib.
Həmçinin Özbəkistanın zəngin mədəni irsini əks etdirən musiqili və rəqs tamaşalarından ibarət konsert proqramı da təqdim olunub.
Mədəniyyət Günlərinin keçirilməsində məqsəd Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri dekabrın 20-dək davam edəcək.