Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən azad olunub

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən azad olunub
19:40

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva vəzifəsindən azad olunub.

News365.az xəbər verir ki, o bu barədə öz Feysbuk hesabında paylaşıb.

Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlmişdi.

Xatırladaq ki, Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. Onların bu gün nikahına da xitam verilib.


Sizin reklam burada
Sizin reklam burada