Arvadını və onun qohumlarını bıçaqlayan şəxsə hökm oxundu

Arvadını və onun qohumlarını bıçaqlayan şəxsə hökm oxundu
11 Fev 2025 22:45

Paytaxtın Sabunçu rayonunda ailə münaqişəsi zəminində həyat yoldaşı ilə yanaşı, onun nənəsi və bacısına bıçaqla ağır xəsarət yetirən Elnur Əliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.


News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub, Elnur Əliyev 16 il azadlıqdan məhrum edilib.


Qeyd edək ki, ötən il mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada