Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB

Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
09:49

Hacıqabul rayonunda avtomobil qəzası nəticəsində xəsarət alanların kimliyi bilinib.

News365.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Onlar Abşeron rayon sakinləri, 1965-ci il təvəllüdlü Aliyev Xankişi Əsgər oğlu, 1969-cu il təvəllüdlü Aliyev Budaq Əsgər oğlu, 1972-ci il təvəllüdlü Aliyeva Xatirə Əkbər qızı və 1997-ci il təvəllüdlü Aliyeva Turan Qabil qızıdır.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə kİ, minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşıdrma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada