Futbol üzrə türkiyəli tanınmış mütəxəssis Arda Turan növbəti mövsüm Ukraynada işləyəcək.
News365.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı "Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi olacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Tərəflər İngiltərənin paytaxtı Londonda ilk görüş keçiriblər.
Hazırda A.Turan Superliqada mübarizə aparan "Eyupspor" komandasına rəhbərlik edir.