Appendisit şikayəti ilə həkimə gələn məktəblinin qarnından iynə çıxdı

Appendisit şikayəti ilə həkimə gələn məktəblinin qarnından iynə çıxdı
14:52

Rusiyada maraqlı hadisə baş verib. Moskvada Q.N Speranski adına 9 saylı Uşaq Şəhər Klinik Xəstəxanasının uşaq cərrahları qarnında tikiş iynəsi olan 13 yaşlı uşağın həyatını xilas ediblər. Bu barədə paytaxtın Səhiyyə İdarəsinin mətbuat xidməti məlumat yayıb.


Məktəbli appendisit şübhəsi ilə xəstəxanaya yerləşdirilsə də, ilkin diaqnoz təsdiqini tapmayıb. Müayinə zamanı məlum olub ki, xəstənin qarın boşğluğuna yad cisim, beş santimetrlik tikiş iynəsi ilişib. İynə transvers kolonda ilişib və onu deşib.


"İynə qarın boşluğunun lümeninə - bağırsağın divarının daha qalın olduğu mezenterik hissəsindən çıxmışdı. Bu səbəbdən, həmçinin kiçik ölçüsü və erkən aşkarlanması səbəbindən dəlik bağırsağı tam zədələməyib",- məlumatda qeyd edilib.

Oğlan iynənin onun qarın boşluğuna necə düşdüyünü izah edə bilməyib. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib və oğlan artıq evə buraxılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada