Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su kəsiləcək
06 Apr 2025 19:20

Bakı şəhərinin Nərimanov rayonunun bəzi ərazilərində suyun verilişində fasilə olacaq.

News365.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu ərazisində istismar müddəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar görülən işlər çərçivəsində "Montin" yaşayış massivinə aid (Əlövsət Əliyev küçəsi) bəzi ərazilərdə aprelin 7-si saat 09:00-dan aprelin 8-i səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq.


Sizin reklam burada
Sizin reklam burada