Astarada bədbəxt hadisə: Əmisi avtomobillə qardaşı qızını vuraraq öldürüb

Astarada bədbəxt hadisə: Əmisi avtomobillə qardaşı qızını vuraraq öldürüb
15:58

Astarada bədbəxt hadisə nəticəsində anadangəlmə əlil olan yeniyetmə həyatını itirib. Hadisə bu gün səhər saatlarında rayonun Kijəbə qəsəbəsində baş verib.

News365.az xəbər verir ki, 13 yaşlı Zəkiyyə Kazımzadə həyətdə əlil arabasında olduğu zaman, onun əmisi Vasif Kazımov idarə etdiyi avtomobili geriyə hərəkət etdirərkən ehtiyatsızlıqla qardaşı qızını vurub. Nəticədə ağır bədən xəsarətləri alan Zəkiyyə Kazımzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən Vasif Kazımov könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada