Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası davam edir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Xatırladaq ki, əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxslərdən David Manukyan barəsində irəli sürülmüş epizodlar üzrə prokurorların suallarını cavablandırıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, o cümlədən təcavüzkar müharibə aparmaqda, soyqırımı, əhalini məcburi köçürməkdə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Faktla bağlı məhkəmə prosesi davam edir.