Avtomobil buzun üzərində Rusiyadan Yaponiyaya gedib - VİDEO

Avtomobil buzun üzərində Rusiyadan Yaponiyaya gedib - VİDEO
15:10

Rusiyada maraqlı hadisə baş verib. Baza Telegram kanalının yaydığı məlumata görə, aprelin 5-də Maqadan vilayətində balıqçı bir neçə gün ərzində buzun üzərində dənizdə üzən "Nissan X-Trail" yolsuzluq avtomobilini geri qaytarmağa çalışıb. 

"Gertner körfəzində yolsuzluq avtomobili buz parçasının üzərində ilişib qalıb. Dənizdə güclü və qısa zamanda baş verən buz parçalanması səbəbindən avtomobilin sahibi onu sahilə aparmağa vaxt tapmayıb. Maşın buz parçasının üzərində dənizin dərinliklərinə doğru sürüklənib. Sonda onu geri qaytarmağın mümkün olub-olmadığı məlum deyil",- paylaşımda yazılıb.

Müəllif qeyd edib ki, həmin gün bir neçə yüz nəfər də oxşar vəziyyətlə üzləşib.

Hadisə şahidlərinin sözlərinə görə, suyun donmuş üst qatı günorta saat 12 radələrində parçalanaraq sahildən aralanmağa başlayıb. Çatlar sürətlə genişlənsə də, insanlar balıq tutmağa davam edirmişlər. Bir saat sonra çatlar daha da sürətlə böyüməyə başlayıb. Xilasedicilər gəlib balıqçılara dərhal buzları tərk etməli olduqlarını bildirsələr də, bəziləri xəbərdarlığa məhəl qoymayıblar.

Bəzi saytlar "Nissan"ın artıq Yaponiya sahillərinə qədər gedib çıxdığını yazıblar.


Tural


Sizin reklam burada
Sizin reklam burada