Daşkəsəndə çağırışa gedən həkim bıçaqlandı

Daşkəsəndə çağırışa gedən həkim bıçaqlandı
16:04

Daşkəsən rayonunun Xoşbulaq kəndində çağırışa gedən həkim xəstənin hücumuna məruz qalıb. Hadisə Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşı, 34 yaşlı həkim Aydın Abbaslının xəstəyə yardım məqsədilə ünvana getdiyi zaman baş verib.

News365.az-ın məlumatına görə, həkimə bıçaqla xəsarət yetirilib.

O, barmaq nahiyəsindən bıçaqlanıb və dərhal tibbi yardım göstərilib. Hazırda həkimin vəziyyətinin stabil olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Xoşbulaq kənd sakini, 28 yaşlı Şahin Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada