"Amerika hazırda ən böyük problem kimi məhz Çini görür"- Politoloqdan şərh

"Amerika hazırda ən böyük problem kimi məhz Çini görür"- Politoloqdan şərh
14:53

"Geosiyasi vəziyyət həm dünyada, həm də regionda çox dəyişkəndir, dinamik proseslər baş verir. Təbii ki, İran ilə Amerika arasındakı münasibətlərin müxtəlif kontekstləri mövcuddur."

 Politoloq Telman Nüsrətoğlu bunu News365.az-a deyib. 

"İran-İsrail münasibətləri, İran-Amerika münasibətləri, nüvə məsələsi, İranın Çinlə olan əlaqələri. Yəni bilirik ki, bu gün Çin əsas neft ehtiyacını İrandan qarşılayır. Bu baxımdan İran-Çin münasibətləri də yeni dünya nizamı kontekstində dərinləşən bir əməkdaşlıq kimi qiymətləndirilir.

Və təəssüf ki, Amerika hazırda öz qlobal hegemoniyasının qarşısında ən böyük problem kimi məhz Çini görür. Təbii ki, bu danışıqlarda Çin məsələsi, yəni Çinlə İran arasındakı münasibətlər də əsas mövzulardan biri ola bilər.

Amerikanın hazırkı durumu isə əslində kifayət qədər çətindir. Həm 36 trilyon dollarlıq bir borcdan söhbət gedir, həm də yüksək texnologiyalar sahəsində – məsələn, elektrikli avtomobillər sahəsində, süni intellekt sahəsində – artıq Çin Amerikadan xeyli irəlidədir və bu, Amerikanın vəziyyətini daha da aydın göstərir.

Belə bir şəraitdə, təbii ki, İranın bu danışıqlarda daha çox Rusiya amilini gündəmə gətirməsi və bunu geosiyasi baxımdan bir müzakirə mövzusu kimi önə çıxarması, yəni Çin və Rusiya ilə əlaqələri – xüsusilə də Rusiya ilə “məhdudiyyətsiz əməkdaşlıq” razılaşmasının olması – nəzərə alınmalı, bununla bağlı bir təhlil ortaya qoyulmalıdır."


Sizin reklam burada
Sizin reklam burada