Avropanın müdafiə şirkətlərinin səhmləri Avropa fond bazarlarında böyük çöküşə reaksiya verib. Bloomberg xəbər verir ki, Almaniyanın "Rheinmetall AG" şirkəti xüsusilə ağır zərbə alıb. Onun səhmləri 27% ucuzlaşıb ki, bu da şirkətin tarixində ən böyük bir günlük eniş olub.
Fransanın "Thales SA", Almaniyanın "Hensoldt AG", İtaliyanın "Leonardo SpA" və İsveçin "Saab AB" şirkətlərinin də səhmləri ucuzlaşıb. "IG Group"un baş bazar analitikinin fikrincə, Avropanın müdafiə sektoru ilə bağlı gözləntilər sərt reallıqla qarşılanıb: hərbi xərclər hələ artmayıb amma birjada satışlar dalğası yaşanır.
Avropa Müdafiə Agentliyinin məlumatına görə, Aİ-nin müdafiə büdcəsi 2024-cü ildə 326 milyard avroya çatacaq ki, bu da birliyin ÜDM-nin 1,9%-ni təşkil edir. Xərclər qarşıdakı illərdə əhəmiyyətli dərəcədə artacaq: Mart ayında Aİ ölkələri Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təşəbbüsü ilə 800 milyard avro dəyərində genişmiqyaslı "Rearm Europe" proqramını təsdiqləyib.
Qeyd edək ki, ABŞ hökumətinin tətbiq etdiyi yeni tariflər dünya iqtisadiyyatını çökdürür. Prezident Donald Trampın tarif siyasəti sayəsində ABŞ fond indeksləri və Asiya səhmləri üzrə fyuçerslər kəskin ucuzlaşıb.
Tural