Netanyahu təcili ABŞ-a GETDİ – İran məsələsi GÜNDƏMDƏ

Netanyahu təcili ABŞ-a GETDİ – İran məsələsi GÜNDƏMDƏ
13:36

İsrailin baş naziri Benyamin Netanyahu aprelin 7-də ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedib. 

News365.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.    

Mənbə qeyd edir ki, onu səfərdə həyat yoldaşı Sara Netanyahu müşayiət edir. ABŞ-a həmçinin İsrail hökumətinin başçısının hərbi katibi, general-mayor Roman Hofman da gedib.   

Xatırladaq ki, bundan əvvəl İsrailin baş naziri aprelin 3-dən 6-dək Macarıstanda olub, oradan da Amerika paytaxtına yollanıb. 

Qeyd edək ki, Netanyahunun ABŞ-a səfəri aprelin 8-dək davam edəcək. 

Daha əvvəl İsrail Baş Nazirinin dəftərxanası Trampla danışıqlarda ticarət tarifləri, israilli girovların azad edilməsi, İsrail və Türkiyə münasibətləri, İrandan gələn təhlükə, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birgə səylərin müzakirə olunacağını bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada