Alimlər delfinlərin müəmmalı kütləvi ölümünün səbəbini tapıblar

Alimlər delfinlərin müəmmalı kütləvi ölümünün səbəbini tapıblar
15:38

2013-cü ildə ABŞ-nin Florida ştatındakı Indian River Lagoon-da tarixi faciə baş verdi. Afalin delfinlərin 8%-i qırıldı. Beynəlxalq alimlər qrupu bunun səbəbinin fitoplanktonların çiçəklənməsi nəticəsində yaranan ekosistemin pozulmasında görüblər. Bununla bağlı araşdırma Frontiers in Marine Science (FMS) jurnalında dərc olunub.

Fitoplankton suyun üst qatlarında yaşayan, dənizlərdə və okeanlarda qida zəncirinin əsasını təşkil edən mikroskopik yosunlardır. Onlar orta miqdarda olanda ekosistemin qorunmasında, oksigen istehsalında və kiçik dəniz orqanizmləri üçün qida kimi xidmət etməkdə mühüm rol oynayır. Bununla belə, fitoplanktonun həddindən artıq çoxalması fəlakətli nəticələrə səbəb ola bilir. Suyun dibində kölgə efekti yaradır, dəniz bitkiləri qırılır və bütün dəniz sisteminin tarazlığı pozulur.

İllər öncə Lagoonda baş verənlər də məhz belə cərəyan edib. Fitoplankton delfinlərin adi ovu sayılan balıqlar üçün sığınacağa çevrilmiş və onların qidasını təmin edən dəniz otlarını və yosunlarını kölgəyə saldı. Bu, balıq ehtiyatlarına ziyan vurdu və delfinləri məcburi "pəhriz"ə vadar etdi. Delfinlər əvvəlki enerjini almaq üçün daha çox ov etməli olublar.

Araşdırmanın həmmüəllifi, Florida Flood Hub-dan olan Dr. Çarles Ceykob deyib: "Biz delfinlərin ölümünü və arıqlamasını pəhriz dəyişikliyindən sonra enerji qəbulunun azalması ilə əlaqələndirdik". Onun sözlərinə görə, pəhrizdəki dəyişikliklər intensiv və uzunmüddətli "fitoplankton çiçəkləmələri" (böyümələri-red.) ilə məhv edilən dəniz otu və yosunlarının yox olması ilə əlaqədardır.

Tural


Sizin reklam burada
Sizin reklam burada