Deputat nöqtəni qoydu: "Amnistiya olmayacaq!"

Deputat nöqtəni qoydu: "Amnistiya olmayacaq!"
07 Apr 2025 16:36

Rusiyada uzun müddətdir gözlənilən tarixi amnistiya ilə bağlı gözlənilməz açıqlama verilib. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Qələbə Gününün 80 illiyi ilə bağlı amnistiya tətbiq etməyə ehtiyac olmadığını bəyan edib. Onun sözlərini “Vı sluşalı mayak” Telegram kanalı sitat gətirib.


“Bu gün həbsxanalarda olan, vətənini sevən hər kəsin Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla bunu sübut etmək şansı var”, - deyə deputat bildirib.


Kartapolovun sözlərinə görə, "Xüsusi Hərbi Əməliyyat"a qoşulanlar  üçün şərtlərdə başqa heç bir “amnistiya”ya ehtiyac qalmırş 

Qeyd edək ki, uzun müddətdir sosial mediada və xəbər saytlarında Qələbənin yubileyi münasibətilə böyük əfvvin olacağı barədə müzakirələr egdirdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada