100 yaşlı tısbağa ilk balasını dünyaya gətirib - VİDEO

100 yaşlı tısbağa ilk balasını dünyaya gətirib - VİDEO
16:18

Filadelfiya Zooparkında (ABŞ) Mammy və Abrazzo adlı Qalapaqos tısbağalarının ən qədim cütü ilk dəfə valideyn olub. Bu barədə zooparkın mətbuat xidməti məlumat yayıb.


Qurumun mətbuat xidməti qeyd edib ki, bu, son 150 ildə Santa Kruz adasının qərb sahilində yaşayan və nəsli kəsilməkdə olan tısbağaların yumurtalarının ilk bala çıxarması. Cəmi dörd bala çıxıb, onun birincisi fevralın 27-də dünyaya gəlib. Hələlik kiçik sürünənlər cəmiyyətdən kənar, qapalı bir yerdə saxlanılır. Gözlənilir ki, zooparka gələn qonaqlar ilk dəfə balaları aprelin 23-də, Mamminin zooparka gəlişinin 93-cü ildönümündə görə biləcəklər.


Tural


Sizin reklam burada
Sizin reklam burada