Marafona qatılan iki idmançı yarış zamanı öldü - VİDEO

Marafona qatılan iki idmançı yarış zamanı öldü - VİDEO
17:00

İspaniyada idman faciələri yaşanıb. Eldiario.es-in yaydığı məlumata görə, aprelin 6-da Madriddə yarımmarafonda iştirak edən iki kişi ürək problemləri səbəbindən dünyasını dəyişib.


Ölənlərdən birinin 35 yaşı olub. Onun infarkt keçirdiyi qeyd edilir. Kişi xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. İkinci dünyasını dəyişən şəxsin 20 yaşı olub. O da xəstəxanaya çatdırılıb və orada ölüb.


Yarımmarafonda 27 min adam iştirak edib, 50 idmançıya tibbi yardım göstərilib.


Madrid yarımmarafonu 24 ildir ki, keçirilir. Tədbir zamanı iştirakçılarla bağlı cəmi dörd ölüm qeydə alınıb(2005 və 2010-cu illərdə).



Tural


Sizin reklam burada
Sizin reklam burada