Döyüşlərə qatılmış amerikalı transgenderə qarşı ittiham irəli sürüldü

Döyüşlərə qatılmış amerikalı transgenderə qarşı ittiham irəli sürüldü
17:10

Qondarma "Donetsk Xalq Respublikası"nın Prokurorluğu jurnalist və Ukrayna Silahlı Qüvvələrinin (VSU) keçmiş muzdlusu, ABŞ vətəndaşı Sara Eşton-Cirilloya qarşı ittihamları təsdiqləyib. Bu barədə Rusiya Baş Prokurorluğunun saytında məlumat yayılıb.


Qeyd olunub ki, amerikalı transgender Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin “d” bəndi) və muzdlu kimi döyüşməkdə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi) ittiham olunur.


Rusiya İstintaq Komitəsinin məlumatına görə, Eşton-Cirillo Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak edib və həmçinin Rusiya Silahlı Qüvvələri haqqında bilərəkdən yalan məlumatlar yayıb. Baş Prokurorluğun bəyanatına görə, ona hərbi əməliyyatlarda iştirakına görə 653 min rubldan çox pul ödənilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada