Alla Puqaçova festivala əsa ilə qatıldı

Alla Puqaçova festivala əsa ilə qatıldı
17:40

Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin Yurmalada keçirilən "Laima Rendezvous Jurmala 2026" festivalının bağlanış mərasimində görüntülənib.

News365.az xəbər verir ki, Puqaçovanın mərasimə əsa ilə gəlməsi diqqət çəkib.

Alla Puqaçovanın bu dəfə əsa ilə üzə çıxması çoxlarını təəccübləndirib.
Cütlük bununla bağlı jurnalistlərə açıqlama verib.
"Heç kimə heç nə demədim. Məsələ burasındadır ki, yıxılıb ayağımı sındırdığım üçün dörd ay hərəkətsiz qaldım. Düzünü desəm, bir daha ayağa qalxacağımı düşünmürdüm. Panik ataklarım oldu, dörd ay dəhşət içində idim. Xəbərdarlıq etdilər ki, altı ay uzanmalı olacaqsan. Amma sonra bir nəfər gəlib dedi: "Hər şey səndən, iradəndən asılıdır. Əgər bunun öhdəsindən gəlsən, hər şey yaxşı olacaq. Və mən hələ də bunun öhdəsindən gəlirəm!" – deyə Puqaçova bildirib.
Qalkin əlavə edib ki, ürək əməliyyatı da daxil olmaqla, Puqaçovanın səhhəti ilə bağlı çoxlu şayiələr gəzirdi:
“Belə bir şey baş vermədi. Alla sadəcə ayağını sındırıb".

Sizin reklam burada
Sizin reklam burada