Keçmiş dövlət katibi, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri Lalə Şövkətin səhhətində müəyyən irəliləyiş var.
Bu barədə Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
"Lalə xanımım səhhəti yaxşılaşır. Xeyli irəliləyiş var, Allaha şükür. Hazırda yeriyə bilir",- o deyib.
Xatırladaq ki, Sidqi Şövkət bir müddət öncə saytımıza açıqlamasında anasının hərəkət qabiliyyətinin itirdiyini demişdi:
"Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur. Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa, səhhəti daha da pisləşər”.
Lalə Şövkət Hacıyeva 1993-94-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb. Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.