Ölkədə
çoxlu sayda xaricdə təhsil şirkətləri fəaliyyət göstərir. Ali məktəblərə qəbul
imtahanlarından hər hansı bir səbəbdən kəsilmiş abituriyent həmin şirkətlər
vasitəsilə sadəcə atestatla imtahansız Rusiya, Türkiyə, Gürcüstan, Polşa,
Çexiya və digər Avropa ölkələrində ali təhsil ala bilirlər.
Bəs ölkəmizdə
niyə bütün dünyada olduğu kimi atestatla heç bir imtahan vermədən ali təhsil
almaq mümkün deyil?
Bizdə təhsil
alan şagird mütləq 9-cu və ya 10-cu sinifdən seçdiyi ixtisas qrupu üzrə 2-3 il
repititor yanına gedir və universitetə yalnız imatahanla qəbul ola bilir. Qəbul
imtahanlarınıda Dövlət İmtahan Mərkəzi adlı qurum götürür ki, bu qurumda hər il
imtahanlarda tərtib olunan sualların çətin olması, nəticələrin yoxlanılımasında
qeyri-obyektlikdə həm abituriyentlər, həm təhsil ekspertləri, həmdə media tərəfindən
tənqid olunur. Hər il çox sayda abituriyent universitetə qəbul olmadığı üçün təssüfki
intihara əl atır və ən acınacaqlısı isə buna görə heç kimin məsuliyyət
daşımamasıdır.
Yəni
valideyn ömrünü gününü uşağının yolunda qoyur, min bir əzab əziyyətlə övlad
böyüdüb yetkinlik yaşına çatdırır övladda sırf universitetə qəbul ola bilməyib
deyə 17-18 yaşında həyatına qəsd edir. Bir çox ailələr absurd imtahan qaydası səbəbindən
övladı qəbul imatahanında aşağı bal topladığı halda xaricdə təhsil şirkətlərinə
üz tutub övladını xaricdə oxumağa göndərsədə bir çox ailənində maddi baxımdan
buna imkanı çatmır və abituriyentin ali təhsil almaq arzusu heç vaxt
reallaşmır.
Şagird
9-cu sinifə çatdıqda 3 il gündəlik orta məktəbdən çıxıb axşama kimi bir
repititordan o birinə gedir evə gəldikdə isə bilmir orta məktəbin ev
tapşırıqlarını həll etsin yoxsa repititorların verdiyi tapşırıqları həll etsin.
Yəni sözün əsl mənasında 3 il nə normal istirahət edə nədə qidalana bilmir. Qəbul
imtahanı isə sözün əsl mənasında lotoreya kimi bir şeydir yəni qəbul olada bilərsən
olmayada. Universitetə qəbul olunsa belə abituryent istədiyi ixtisasa qəbul
olmayada bilər sadəcə sırf qəbul olub deyə 4 il istəmədiyi ixtisas üzrə oxumaq
məcburiyyətində qalır. Valideyn isə 3 il hər ay bir fənn üzrə repititor haqqı
50-80 manat arası olmaqla 300-350 manat boğazından kəsib repititorlara pul
tökür.
Əgər bir
ailədə aralarında bir yaş fərq olmaqla və ya əkiz olmaqla 2 uşaq varsa o zaman
valideyn 2 uşaq üçün repititorlara hər ay 600-700 manat pul ödəməlidir. Mən hələ
gündəlik nəqliyyat qida xərclərini demirəm. Bir sözlə təhsil yükü, maddi yük,
ixtisas qrupu seçimi, kodlaşdırma imtahan həyəcanı və stressi hər biri ayrı bir
dərddir. Halbuki ali məltəblərə qəbul imtahanı ləğv olunsa bütün bunlar aradan
qalxar hər kəs atestatla istədiyi universitetə qəbul olunar. Ən əsası gənclərin
intihar halları və illərdir "inkişaf" etmiş təhsil sistemininin qara
bazarı olan repititorluq fəaliyyəti aradan qalxar.
Şəxsən mənim
qohumum gənc yaşlarından ailə qurub Rusiyanın Tümen vilayətinə köçüb orda
yaşayır 1968-ci il təvəllüddür indiyədək Rusiyada 3 universitet bitirib indidə
60-a yaxın yaşı olsada işləyə-işləyə qiyabi sistemlə 4-cü universitetdə oxuyur.
Yəni ali təhsil almaq sözün əsl mənasında yalnız bizdə ağrılı və əlçatmazdır.
Ümid edirəm ki, bizdə də absurd olan universitetlərə qəbul imtahanı ləğv
olunar.
İlkin Məmmədkərimli, ekspert
News365.az