I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

I və IV qrupların imtahan nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ
12:33

Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qrupları üzrə keçirilən ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, nəticələrin növbəti həftənin əvvəllərində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2026-cı il tarixində keçirilib.


Sizin reklam burada
Sizin reklam burada