Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO

Qadın deyindi, tobot-tozsoran "intihar etdi" - ANBAAN VİDEO
10:52

Polşada baş verən qeyri-adi hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yerli sakin davamlı irad və tənqidlərindən sonra robot-tozsoranın zəif işlədiyini iddia edib.
 

Məlumata görə, qadın cihazın işindən tez-tez narazılığını bildirir, onu səslə idarəetmə sistemi vasitəsilə tənqid edirdi.


Bir müddət sonra isə robot-tozsoranın pilləkənlərdən düşərək sıradan çıxdığı bildirilir.

Hadisə sosial şəbəkələrdə zarafatla "robot-tozsoran intihar etdi" başlığı ilə yayılıb. Bununla belə, söhbətin texniki nasazlıqdan getdiyi, cihazın hər hansı şüurlu davranış nümayiş etdirməsinin mümkün olmadığı vurğulanır.



Sizin reklam burada
Sizin reklam burada