Keçmiş pornoaktrisa parlamentə seçildi

Keçmiş pornoaktrisa parlamentə seçildi
25 İyl 2026 23:48

Keçmiş pornoaktrisa Deysi Alehandra Ortis Kolumbiya parlamentində senator kimi fəaliyyətə başlayıb.

Amaranta Hank təxəllüsü ilə tanınan Ortis solçu Pacto Historico partiyasının nümayəndəsi kimi and içib.

O, iki il əvvəl pornoaktrisa kimi fəaliyyətini başa vuraraq siyasətə qoşulub.

Yeni senator qadınların, eləcə də seks sənayesində çalışan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada