Onun sözlərinə görə, İranın hərbi potensialı ilə bağlı yayılan 70 faizlik azalma iddiaları real vəziyyəti tam əks etdirmir və bu göstəricilər şişirdilə bilər. Ekspert qeyd edib ki, ilkin kəşfiyyat məlumatlarında da müəyyən uyğunsuzluqlar mövcuddur.
İlham İsmayıl bildirib ki, İranın balistik raket ehtiyatları ilə bağlı müxtəlif qiymətləndirmələr aparılsa da, yeraltı anbarlarda hələ də silahlanmanın qalması ehtimalı var. Onun fikrincə, bu imkanlar tam sıradan çıxarılmayıb.
Ekspert əlavə edib ki, əvvəllər komponentlərin əsasən Çin vasitəsilə əldə edildiyi iddia olunurdu, lakin hazırda bu proseslərə nəzarətin gücləndirilməsi İranın hərbi istehsal imkanlarını məhdudlaşdırır.
Onun sözlərinə görə, yeraltı hərbi infrastrukturların mövcudluğu ABŞ tərəfindən kosmosdan izlənilə bilsə də, tam məhv edilməsi asan proses deyil.
İlham İsmayıl vurğulayıb ki, mövcud vəziyyət ABŞ daxilində siyasi təzyiqlərin artmasına səbəb ola bilər, lakin İranın hərbi potensialını sıfır səviyyəsində qiymətləndirmək doğru deyil.